Bu gün Ukrayna prezidenti rus qoşunlarının Çernobil Atom Elektrik Stansiyasını ələ kemirməyə cəhd etdiklərini açıqlamışdı.
Qazeta.info xarici mətbuata istinadən bildirir ki, Rusiya qüvvələrinin Çernobıl Atom Elektrik Stansiyasını və Hostomel hava limanını ələ keçirdiyi bildirilir.
Zelenskinin müşaviri bildirib ki, zavodun təhlükəsiz olub-olmadığını bilmək mümkün deyil.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko da öz Teleqram kanalında bununla bağlı açıqlama verib.
Belə ki, Geraşenko "Təhlükəsiz radioaktiv tullantıların anbarını mühafizə edən Milli qvardiyaçılar şiddətli müqavimət göstərirlər. İşğalçıların artilleriya zərbələri nəticəsində nüvə tullantılarının anbarı məhv olarsa, o zaman radioaktiv toz Ukrayna, Belarus və AB ölkələrinin ərazilərini bürüyə bilər", - deyə açıqlama yayıb