NATO Ukrayna sərhədində Rusiya qoşunlarının cəmləndiyini müşahidə edir.
Məlumata görə, bu barədə Reuters-ə NATO-nun zabitlərindən biri məlumat verib.
Adının açıqlanmasını istəməyən zabitin sözlərinə görə, NATO-da Rusiya tanklarının sərhədi keçərək Ukrayna daxil olması haqqında dəqiq məlumatlar var.
"Biz bu məlumatları təsidqləyə bilərik. Rusiya qoşunları və hərbi texnikası Ukraynanın sərhədində cəmlənib", deyə zabit bildirib.
Rəsmi Kiyev Ukraynaya Rusiya ərazisindən 32 tankın daxil olduğunu bəyan edib.
Qeyd edək ki, noyabrın 4-də NATO baş katibi Yens Stoltenberq bəyan etmişdi ki, Rusiya qoşunları Ukrayna sərhədinə yaxınlaşır.
Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi də açıqlama vermişdi: "Guya bizim qoşunlar Ukrayna sərhədinə yaxınlaşır. Yalandır".//ANS PRESS