Rus «KQB»sinə atəş əmri verildi (FOTO)
23.12.2015 673 0.0 0

Rusiya Dövlət Duması keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) varisi olan Federal Təhlükəsizlik Xidmətinin (FTX) səlahiyyətlərini genişləndirən qanun layihəsi qəbul edib. 

Məlumata görə, qanun layihəsində əsasən silah tətbiqi nəzərdə tutulur.

Yeni qanun layihəsinin baxılmasını Rusiya Dövlət Dumasının payız sessiyasının iclasında təhlükəsizlik üzrə komitənin sədr müavini, “Vahid Rusiya” partiyasından olan deputat Ernest Valeyev xahiş edib. Yeni düzəlişləri deputatlar müzakirəsiz dəstəkləyib , onun qəbuluna ikinci və üçüncü oxunuşda səs veriblər. Qəbul edilən yeni qanuna görə, FTX əməkdaşlarına bundan sonra kütləvi iğtişaşlar zamanı qadın və uşaqlara güllə atmaq hüququ verilir. 

 


Rusiaya duması 

 

Qanuna edilən dəyişikliyə əsasən, FTX əməkdaşları həmçinin cinayətkarı saxlayarkən odlu silah olmadığı halda müdafiə məqsədiylə istənilən vasitədən yararlana bilərlər. FTX əməkdaşları istənilən mənzilə və əraziyə maneəsiz keçə bilər. Bundan başqa, onlara terror aktlarının qarşısının alınması və girovların azad olunması vaxtı kütlə halında olanlara da odlu silah tətbiq etmək hüququnu verir. 

 

Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları üçün qanun layihəsinə məhdudiyyətlər də daxil edilib. Bu xüsusi hal əcnəbilərlə, xarici KİV, beynəlxalq təşkilatlar həmçinin "xarici agent funksiyalarını yerinə yetirən" şəxslərlə əlaqələrdir. Bundan başqa, "çekist"lərə, onların arvadlarına və həddi-buluğa çatmamış uşaqlarına xarici banklarda hesablar açmaq, istənilən başqa xarici maliyyə alətlərindən istifadə etmək qadağan edilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar