Rus hərbçilər çeçen lideri öldürdü (VİDEO, FOTO)
16.10.2015 520 0.0 0

Rusiya aviasiyasının Suriyada terrorçuların mövqelərinə endirdiyi zərbələr nəticəsində “Əhrar əş-Şam” qruplaşmasının çeçen lideri İŞİD-in təbliğatına cavabdeh olan Əbu Bəkr Əş-Şişani öldürülüb.

Məlumata görə, bu barədə RİA Novosti-yə Suriyadakı hərbi mənbə məlumat verib.

“Dünən Rusiya Hərbi Hava Qüvvələrinin Homs şəhərinə endirdiyi zərbələr nəticəsində başda çeçən əsilli Əbu Bəkr Əş-Şişani olmaqla bir qrup terrorçu məhv edilib. Xeyli sayda yaralılar var”, - deyə mənbə bildirib. 

Suriyanın SANA agentliyi ölkənin Silahlı Qüvvələrinin “Əhrar əş-Şam” qruplaşmasının yeddi üzvünü öldürdüyü barədə məlumat yayıb. Bildirilir ki, öldürülənlər arasında qruplaşmanın liderlərindən biri Ömər əl-Hodra və onun çeçen əsilli köməkçisi Əbu Anas da olub.

 


Əbu Bəkr Əş-Şişani

 

Bir müddət əvvəl İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin aviazərbələr nəticəsində ağır yaralandığı və İraqın Ənbar əyalətində yerləşən xəstəxanaya yerləşdirildiyi barədə xəbər yayılıb. İraqın təhlükəsizlik qüvvələri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyü barədə xəbər verib. Verilən məlumata görə, İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin Suriya sərhədi yaxınlığında hava hücumu nəticəsində öldürüldüyü qeyd olunub. Məlumata görə, İraqın hava qüvvələri Əbu Bəkr əl-Bağdadini İŞİD terror qruplaşmasının komandirləri ilə görüşə gedərkən bombalayıblar.

 

Suriyanın Homs şəhəri xəritədə

 

Terrorçuların lideri Əbu Bəkr əl-Bağdadi bombalama zamanı ağır yaralanıb. Hadisə zamanı terror qruplaşmasından çoxlu ölən və yaralanan olub. Bağdadinin yanında olan onun üç müavininin – İŞİD-in təbliğatına cavabdeh olan Əş-Şişaninin, Əbu Anis əs-Suri və ən yaxşı səhra komandirlərindən biri Abu Said əl-Karbulinin də məhv edilənlər arasında olduğu iddia edilir./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar