Rus general: Putin və Ərdoğan razılığa gələ bilmədi
26.08.2016 1175 0.0 0

Geopolitik Problemlər Akademiyasının rəhbəri general Leonid İvaşov,Rusiya dövlət başçısı Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Silahlı Qüvvələrinin Suriyadakı əməliyyatı mövzusunda razılaşmadıqlarını, Moskvanın buna təsdiq vermədiyini açıqlayıb.
 

Qazeta.info Publika.az-a istinadla xəbər verir ki, İvaşov təşkil edilən mətbuat konfransında deyib ki, türk mətbuatının Ərdoğan ilə Putinin bu mövzuda razılaşdığına dair yazdıqları, hamısı yalandır.
 
İvaşov Peterburqdakı görüşlər əsnasında iki liderin İŞİD başda olmaqla terror təşkilatlarına qarşı atılacaq addımları müzakirə etdiklərini vurğulayıb: “Rusiya bu əməliyyata təsdiq vermədi və verə də bilməzdi. Çünki Rusiya beynəlxalq qaydalara və BMT-nin qaydalarına qəti şəkildə riayət edir”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar