Rumıniyanın sabiq Prezidenti Trayan Besesku ölkə parlamentinə Moldova ilə birləşmək haqqında qanun layihəsi təqdim edəcək.
Qazeta.info bildirir ki, bu barədə Trend Moldova mətbuatına istinadən məlumat verir.
"Deschide" portalı T.Beseskunun bəyanatından sitat gətirir: "Parlament sessiyasının əvvəlində Rumıniya və Moldovanın birləşməsini nəzərdə tutan, ABŞ Senatının 148 saylı qətnaməsinə əsaslanan qanun layihəsi təqdim edəcəyəm".
Sabiq dövlət başçısının sözlərinə görə, Senatın həmin qətnaməsi 1975-ci il Helsinki Yekun Aktının Nizamnaməsinə uyğun olaraq Moldovanın Rumıniya ilə yenidən birləşməsi hüququnun olduğunu nəzərdə tutur.
T.Beseskunun fikrincə, birləşmə hər iki ölkənin parlamentlərinin qərarı ilə baş verməlidir.
Qeyd edək ki, Moldova Prezidenti İqor Dodon ötən il Moldova Milli Birlik Partiyasının fəxri sədri seçilən T.Beseskunu Moldova vətəndaşlığından məhrum etmişdi.