Rumıniya-Polşa oyununda təhlükəli an - VİDEO
12.11.2016 808 0
2018-ci il dünya çempionatının Avropa üzrə seçmə qrup mərhələsinin IV turunda Rumıniya və Polşa komandaları arasında keçirilən görüşdə qonaqların futbolçusu Robert Levandovski təhlükə ilə üzləşib.
Məlumata görə, oyunun 54-cü dəqiqəsində azarkeşlərdən biri meydana səs bombası atıb.
R.Levandovski yerdə olan səs bombasını baş hakimə göstərən zaman partlayış olub və futbolçu yerə yıxılıb. Həkimlərin müdaxiləsindən sonra futbolçu oyuna qoşula bilib.
Qeyd edək ki, görüş Polşanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan ikisi R.Levandovskinin aktivinə yazılıb./report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər