Onlar fövqəltəbii qüvvələrin iştirakı ilə qeyri-adi şeylər hiss ediblər.
Mançester universitetindən olan Britaniya alimləri ruhlarla bağlı məsələni aydınlaşdırmaq üçün eksperimentlər keçiriblər. Onların əldə etdiyi nəticələr indiyə qədər dinlərin təlqin etdikləri ilə tamamilə əkslik təşkil edir.
Xarici mediaya istinadla xəbər verilir ki, eksperimentin müəllifləri könüllülərdən ibarət iki qrup təşkil ediblər. Onlar bu adamları köhnə teatrda məskunlaşdırıblar. Qruplardan birinin iştirakçılarına deyiblər ki, əvvəllər bu binada ruhları görüblər. İkinci qrupa isə bildiriblər ki, bu binada bərpa işləri aparılır. Bundan sonra könüllülər teatrda xeyli vaxt keçiriblər. Bir müddətdən sonra onlardan nə hiss etdiklərini soruşublar.
Birinci qrupun iştirakçılarından çoxu bildiriblər ki, fövqəltəbii qüvvələrin iştirakı ilə qeyri-adi şeylər hiss ediblər. İkinci qrupu üzvləri isə bildiriblər ki, onlar binada qəribə heç nə hiss etməyiblər.
Eksperiment iştirakçıları arasında keçirilən sorğu göstərib ki, insanların 38%-i müxtəlif paranormal hallara inanırlar. Mütəxəssislərin fikrincə, adamlar ruhların mövcud olmasına müxtəlif səbəblərdən inanırlar. Bu inam ola bilsin ki, insanın reallıqları şəxsi qavrayışı əsasında dərk etməsi ilə əlaqədardır. Belə insanların çoxu bütün ruhları məhz daha əvvəllər kimlərinsə öldüyü yerlərdə görürlər. Alimlərin sözlərinə görə, bu, insanların daha əvvəl elə yerlərdə hansısa fövqəltəbii qüvvələrin olduğuna özlərini inandırması ilə əlaqədar baş verir. İnsanın inkişaf etmiş təxəyyülü müxtəlif səs və kölgələri ruhlara çevirir. Ruhlara infrasəs təsirinə məğlub olan insanlar daha çox inanırlar. Eksperiment zamanı infrasəsli musiqiyə qulaq asan insanlar deyiblər ki, onlar titrəyiş və qorxu hiss edirlər. Ruhları kimyəvi zəhərlənmədən əziyyət çəkənlər də görürlər. Lakin bu, sadəcə hallüsinasiyadır. Bunu görmə səbəbi isə bəzi göbələk növləridir. Alimlərin fikrincə, hallüsinasiogen göbələklər tarixdəki mülahizələrdən birinə görə, meşədə ruhların mövcudluğunu sübut edən əlamətlərdən biridir./sputnik/