Ruhaninin əsas rəqibinin prezidentliyə namizədliyi qeydə alınıb
14.04.2017 776 0
İranda prezident Həsən Ruhaninin əsas rəqiblərindən sayılan İbrahim Rəisinin prezidentliyə namizədliyi qeydə alınıb.
Məlumata görə, İ. Rəisi bildirib ki, ən böyük hədəfi xalqın yaşayış səviyyəsini yaxşılaşdırmaq və işsizliyi aradan qaldırmaqdır.
“Məhz bu önəmli iş üçün seçkilərdə iştirak edirəm”, - deyə o vurğulayıb.
İranın yürütdüyü xarici siyasətə gəldikdə isə İ. Rəisi qeyd edib ki, formalaşdıracağı hökumət İsrail istisna olmaqla, bütün ölkələrlə yaxşı münasibətlər quracaq. “Dünya ölkələri ilə konstruktiv əməkdaşlıq etmək istəyirəm. Suriya ilə bağlı məsələyə gəlincə, düşünürəm ki, ölkənin taleyini Suriya xalqı həll etməlidir”./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər