Ruhanidən «Traktorsazi» ilə bağlı sərt açıqlama
21.05.2015 629 0.0 0

İran İslam Respublikasının prezidenti Həsən Ruhani "Traktorsazi" və "Naft Tehran" arasınada baş tutan oyunla bağlı danışıb.

Məlumata görə, ölkə başçısı Təbrizə səfəri zamanı baş verən məlum hadisələri şərh edib. 

Ruhani bildirib ki, heç kim yalan məlumatlar yayaraq azərbaycanlıların hissləri ilə oynaya bilməz:""Traktorsazi" yalnız Azərbaycan və Təbrizə deyil, bütün İran xalqına məxsus və hamımızın çempion olaraq görmək istədiyi bir klubdur. Heç kim uca İran xalqının, hələ ki qəhrəman Azərbaycan və Təbriz xalqının hissləri ilə oynaya bilməz. Bu hadisədə günahkar varsa, heç şübhəniz olmasın ki hökumət onu cəzalandıracaq", - deyə prezident qeyd edib. 

Xatırladaq ki, son tura lider kimi girən Təbriz klubu "Naft Tehran"ını qəbul edib. 67-ci dəqiqəyədək 3:1 hesabı ilə öndə olan "Traktorsazi" erməni əsilli hücumçusu Andranik Teymuryan meydandan qovulduqdan sonra ardıcıl iki qol buraxaraq heç-heçəyə razılaşıb. 

Oyundan sonra meydançada anons verilərək "Sepahan"ın heç-heçə etdiyi və "Traktorsazi"nin çempion olduğu deyilib. Bunu eşidən minlərlə azərbaycanlı sevinərək bu uğuru bayram edib. Ancaq sonradan vəziyyətin belə olmadığı məlum olub. Qəzəblənən azarkeşlərlə hüquq mühafizə orqanları arasında qarşıdurma yaranıb. Bir neçə nəfərin ölümü ilə nətiəcələnən hadislə bağlı İran prezidenti qərar qəbul edib və məsələnin araşdırılmasını tələb edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar