Ruhanidən İran azərbaycanlılarına böyük şans
31.05.2016 1199 0.0 0

“İrandakı milli azlıqların doğma dillərində təhsil almaq hüququ var”.Məlumata görə, bu sözləri İran prezidenti Həsən Ruhani Mahabad şəhəri sakinləri qarşısında çıxış edərkən deyib.

O, ölkədə yaşayan milli azlıqların doğma dillərində təhsil almaq hüquqlarını təsdiq edib. Ölkə ərazisində yaşayan bütün mili azlıqların nümayəndələri öz dillərini öyrənmək imkanı əldə etməlidirlər.

Onun sözlərinə görə, İran Administrasiyası Təhsil Nazirliyi ilə birlikdə İran Konstitusiyasının 15-ci maddəsinin reallaşdırılması məsələsini müzakirə edir.

Həmin maddədə də İran İslam Respublikasının rəsmi dili fars dilidir. Amma mətbuatda və kütləvi informasiya vasitələrində regional və tayfa dillərindən istifadə etmək olar, eləcə də məktəblərdə ədəbiyyatın tədrisi üçün fars dilinə əlavə kimi icazə verilir.

 

Həsən Ruhani -İran prezidenti 

 

İranda belə bir qərarın qəbul edilməsi Azərbaycan üçün də maraqlıdır. Çünki İranda 30 milyondan çox azərbaycanlı yaşayır.  Bu vaxta qədər onlara öz dillərində təhsil almaq hüququ verilməmişdi.


Ümumilikdə, azərbaycanlılar  bir neçə dəfə öz hüquqları uğrunda mübarizəyə də qalxıblar.

Son belə hal ötən ilin noyabr ayında baş verib.  Həmin vaxt İranın dövlət televiziyasında yayımlanan "Fitile" adlı proqramda ölkədə yaşayan azərbaycanlılar təhqir olunmuşdu.    İranın “Kanal 2” (İRİB) yayımlanan verilişdə deyilib ki, “azərbaycanlıların ağzından pis iy gəlir, onsuzda onlar diş fırçası ilə tualet fırçasını bir-birindən ayıra bilmirlər”. 

 

İranda azərbaycanlıların təşkil etdiyi mitinq

 

Bu səbəbdən İranın Təbriz , Zəncan, Marağa, Ərdəbil və digər böyük şəhərlərində etiraz aksiyaları təşkil edilib. Mitinqlarda polislə etrazçılar arasında qarşıdurma yaranıb. Ötən gün baş tutan aksiyada bir azərbaycanlı öldürülüb. 

Etiraz aksiyaları Güney Azərbaycanın Təbriz, Urmiyyə, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Haray, haray, mən Türkəm”,”Ölüm olsun rasizmə” kimi şüarlar altında keçirilib.

Aksiyalar nəticəsində "Fitile" komediya proqramı işçilərinin işinə son verilib, "Kanal 2"nin rəhbər şəxslərindən olan 3 nəfərin də vəzifəsindən uzaqlaşdırılıb,  həmçinin  adıçəkilən proqramın aktyorları Məhəmməd Muslimi, Əli Furuten və Hamid Güli də açıqlama yayaraq azərbaycanlıları təhqir etmək niyyətində olmadıqlarını deyib, azərbaycanlılardan üzr istəyiblər. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar