Ruhani Rusiyanın bu fikrini dəstəklədi
15.11.2016 629 0.0 0

İran Prezidenti Həsən Ruhani Rusiya ilə viza rejiminin ləğv olunması fikrini dəstəkləyib.

RİA Novosti-yə istinadən verilən məlumata görə, bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko İran Prezidenti ilə görüşdən sonra deyib.

V.Matviyenko H.Ruhanidən sitat gətirərək bildirib: "Artıq ilk addım atılıb, hər iki tərəfdən turistlərin sayı artıb. Biz bu rejimin daha da sadələşdirilməsinə, mərhələli şəkildə vizasız rejimə keçməyə hazırıq".

Ötən gün V.Matviyenko bu barədə iki ölkənin konsul xidmətləri arasında məsləhətşəmələrin davam etdiyini demişdi.

Xatırladaq ki, 2015-ci ildə Rusiya və İran arasında viza rejiminin sadələşdirilməsi haqqında razılıq əldə olunmuşdu./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar