RÜFƏT MURADLI RƏSMİ TEHRANI QINADI
22.11.2014 1317 0.0 0

Ümid Partiyasını sədr müavini Rüfət Muradlı İran ermənilərinin parlamentdəki təmsilçisi Karen Xanlərinin Qarabağla bağlı söylədiyi fikirlərinə münasibət bildirib. 

 

Onun sözlərinə görə, "Bu açıqlama İranın nisbətən nüfuzlu Diplomacyİran agentliyilə Karen Xanlərinin müsahibəsi zamanı səsləndirilib. İslami Şura adlanan məclisin erməni deputatı sübhəsiz ki, onun üçün yaradılan münbit şəraitdən istifadə edərək ,üstəlik misilsiz həyasızlıq nümayiş etdirərək Qarabağı 2500 ildən artıq tarixi olan erməni torpağı adlandırıb. Hələ bununla kifayətlənməyərək Naxçıvanın da 1921-ci ilədək erməni vilayəti olduğunu iddia edib. Üzdəniraq millət vəkilinin avantürası göz qabağındadır. Yəni tipik erməni yanaşması. Amma burada diqqəti çəkən onun Ermənistanın deyil, müsəlman bir ölkənin parlamentinin təmsilçisi olmasıdır. İran kimi şiə təəssübkeşliyi iddiası edən bir ölkənin parlamentində ölkənin sayları qırx mindən artıq olmayan ermənisinin nümayəndəsinə bu cəsarəti verən nədir əcəba? İran prezidentinin Azərbaycan səfərindən hələ günlər keçməmiş bu kimi bəyanatların səsləndirilməsi nəyə xidmət edir. Nə yazıq ki, Tehran bu kimi həyasızlıqlara rəvac verir” .//Qafqazinfo


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar