Rubl kəskin ucuzlaşıb
28.02.2022 426 0.0 0

Fevralın 28-də Rusiya rublunun məzənnəsi xarici valyutalara nəzərən kəskin ucuzlaşıb.

Trend ForEx məlumatlarına istinadən xəbər verir ki, səhər saatlarında birjalarda bir ABŞ dolları 117 rubla bərabər olub.

Ötən həftə bu göstərici bir dollara 83 rubl təşkil edirdi. Bu gün ərzində rubl dollara nisbətən 27 faizdən çox ucuzlaşıb.

Eyni zamanda bir avro 94 rubldan 119 rubladək və ya 27 faizə yaxın bahalaşıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar