Rusiyanın "Russia Today" telekanalı Azərbaycan ordusuna həsr olunmuş fotosessiya dərc edib. "Report" xəbər verir ki, fotosessiya "Azərbaycan ordusu: regionun ən zəngini" adı ilə təqdim olunub.
"Azərbaycan ordusu həll olunmamış Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar daimi döyüş hazırlığındadır. 2000-ci illərin əvvəlindən bu yana Azərbaycan hərbi büdcəsini 20 dəfə artırıb. Rəsmi Bakı Rusiya, İsrail və Türkiyə istehsalı olan silahlar alır", - telekanal yazır.
RT qeyd edir ki, "Global Firepower" hərbi güc reytinqində Azərbaycan 60-cı yeri tutur və sıralamada Ermənistanı 34 pillə qabaqlayır.
"Son 15 il ərzində Azərbaycan ordusu böyük sıçrayış edib. 2003-cü ildə ölkənin müdafiə xərcləri 160 milyon ABŞ dolları təşkil edib, 2013-cü ildə isə bu rəqəm 3,7 milyard dollara çatıb", - "Russia Today" əlavə edib.