Roza Zərgərli falçını polisə verdi- Video
03.12.2021 603 0.0 0

Müğənni Roza Zərgərliyə qarşı dələduzluq edilib.

Axşam.az xəbər verir ki, bir falçı sənətçinin şəklini qoyaraq, özünü reklam edib. Belə ki, instaqramda səhifələrin birində Rozanın fotosunu qoyaraq "Roza Zərgərliyə cadu etdilər" sözləri yazılıb və falçının telefon nömrəsi qoyulub.

İfaçı bununla bağlı açıqlama yayıb. O, həmin falçıya zəng edərək "Məndə cadu var? Məndən cadu tapmısınız? Həmin səhifə mənim şəklimi sənin fotonun yanına qoyanda niyə demirsən?" sözlərini söyləyib.

Roza daha sonra həmin şəxslərlə bağlı polisə şikayət edib.

"Biz sənət insanlarının adından qara piar olaraq özlərinə reklam qazanırlar ve dinimizə aid olmayan yalandan insanları dolandıraraq onların pullarını mənimsəyirlər. Tezliklə polis tərəfindən saxtakarlıqla məşğul olduğuna görə hər iki şəxs qanun qarşısında cavab verəcəklər" deyə, sənətçi əlavə edib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar