Rousseayuks Bakıda olmaqdan zövq alır
12.06.2015 643 0.0 0
Belçikalı Tomas Rousseayuksun ailəsində hər kəs tanınmış voleybolçudur

Tomas Rousseayuks (BEL) Bakı 2015-də voleybol üzrə yarışlara qatılmaqla, ailəsinin bu idman növü üzrə uğurlarını davam etdirir. 

Qazeta.info-nun məlumatına görə 21 yaşlı idmançı Belçikada ən yüksək yerləri qazanan bacısı Helene və qardaşı Qillesin, valideynləri Emile və Karinin yolunu gedir. Onun valideynləri milli komandada çıxış edib, atası ilin oyunçusu seçilib.

Voleybol mənim həyatımda çox böyük əhəmiyyət kəsb edir və uzun müddətdir ki, bu idmanla məşğulam. Bütün ailəm voleybolu sevir və mən bu oyunla nəfəs alıram. Voleybolsuz mən heçnəyəm.-Tomas Rousseayuks

Belçika komandası B qrupunda Rusiya, İtaliya, Bolqarıstan, Almaniya və Slovakiya ilə gərgin mübarizə aparacaq. Ruosseayuks Rusiya ilə oyunun daha gərgin keçəcəyini düşünür. Bununla belə, oyuna tam hazır olfuqlarını və qələbə naminə əllərindən gələni edəcəklərini bildirir.

Cinah oyunçusu olan Rousseayuks Avropa Oyunları ilə bağlı Bakıda aparılan hazırlıq işlərinnin səviyyəsindən çox təsirlənib.

"Biz sadəcə olaraq, burda olmaqdan zövq alırıq. Həyatda bundan gözəl təcrübə ola bilməz", - deyə o, qeyd edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar