Ronaldu oyundan sonra komanda yoldaşına tüpürüb
13.02.2022 419 0.0 0

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu "Sautgempton"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXV tur matçında komanda yoldaşı Entoni Elanqaya tüpürüb.

"Report"un "Daily Express"ə istinadən məlumatına görə, hadisə final fitindən sonra baş verib. Portuqaliyalı hücumçunun bu hərəkəti bilərəkdən etmədiyi iddia olunub.

Qeyd edək ki, Kriştianu Ronaldu 6 oyundur qol vura bilmir. 37 yaşlı forvard bu mövsüm ölkə çempionatında 20 qarşılaşmada 8 dəfə fərqlənib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar