"Forbes" jurnalı dünyanın 100 ən yüksək ödənişli idmançılarının siyahısını dərc edib.
Məlumata görə, reytinqdə idmançıların 2016-cı ildə əldə etdikləri əmək haqqı, bonus və reklam gəlirləri nəzərə alınıb.
İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldu siyahıda liderdir. Portuqaliyalı futbolçu 88 milyon dollarlıq gəlirlə ilk sıradadır. Ronaldu bu vəsaitin 56 milyon dollarını klubdan, 32 milyon dollarını isə reklam gəlirlərindən əldə edib.
Reytinqdə 2-ci pillədə İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi yer alıb. Argentinalı hücumçu 2016-cı ildə 81,4 milyon dollar (53,4 + 28) qazanıb. ABŞ-ın "Klivlend" basketbol komandasənın lideri Lebron Ceyms isə üçüncüdür. Onun gəliri 77,2 milyon dollar (23,2 + 54) təşkil edib./Report/