Ronaldu Çempionlar Liqasında ardıcıl 9 oyunda qol vuran ikinci futbolçu olub
07.03.2018 1065 0
"Real Madrid" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu bu mövsüm futbol üzrə Çempionlar Liqasında 12-ci qolunu vurub.
Məlumata görə, o, 1/8 final mərhələsi çərçivəsində PSJ-yə qarşı keçirilən cavab qarşılaşmasının 51-ci dəqiqəsində fərqlənib.
Portuqaliyalı turnirin ardıcıl olaraq doqquz oyununda minimum bir qola imza ataraq, yarış tarixində eyni nailiyyəti təkrarlayan ikinci futbolçu olub. Bunadək ÇL-in ardıcıl 9 matçında "Mançester Yunayted"in sabiq forvardı Rud Van Nistelroy (2002/03-cü illər mövsümü) fərqlənmişdi./report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər