Ronaldu: `Mən 71 santimetrə tullandığımı bilmirdim`
19.12.2019 656 0.0 0

"Yuventus"un portuqal hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının 17-ci turunda "Sampdoriya" (2:1) ilə matçda 71 santimetr hündürlüyə tullanaraq vurduğu qələbə topunu şərh edib.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, o, nəticədən məmnun olduğunu qeyd edib. 

"Nəticədən razıyam, bu, mürəkkəb matç idi. "Sampdoriya" çox yaxşı oynayırdı. "Yuventus"un bütün oyunçuları işə düzgün münasibət göstərdilər", - deyə o bildirib.

O, səhhətindəki problemdən də danışıb: "Bütün ay dizimdə problemlər var idi. İndi hər şey keçmişdə qalıb, özümü fiziki cəhətdən yaxşı hiss edirəm. Mən yalnız "Yuventus"a "qalib gəlməyə və titullar qazanmağa kömək etmək istəyirəm".

Futbolçu qeyri-adi nəticəsindən xəbərsiz olduğunu deyib.

"Qol yaxşı alındı, şadam ki, komandaya üç xal qazanmağa kömək edə bildim. Mən 71 santimetrə tullandım? Bunu bilmirdim", - Ronaldu bildirib.

Ronaldu son matçda topa zərbə zamanı yerdən 256 santimetr hündürlükdə olub. Futbolçu İtaliyanın A seriyasının bu mövsümündə 14 matçda iştirak edib. O, bu mövsümdə 10 top vurub və 1 məhsuldar ötürmə edib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar