Romada camaat yolda qaldı - İctimai nəqliyyat tətil keçirir
12.01.2018 739 0
İtaliyanın paytaxtı Romada ictimai nəqliyyat işçiləri 24 saatlıq tətil elan edib.
Məlumata görə, tətilə Roma şəhər meriyasının nəqliyyat daşımaları barədə qərarı səbəb olub.
Nəqliyyat işçilərinin fikrincə, bu qərar iş şərtlərini daha da pisləşdirəcək.
Tətil Roma şəhərində saat 08:30-da başlayıb. Tətilçilərin bəyanatında qeyd olunur ki, tətil müddətində metro, avtobus, tramvay və şəhərkənarı qatarların işi dayandırılır.
Məlumata görə, axşam saatlarında nəqliyyat yerli vaxtla saat 17:00-dan 20:00-dək işini qismən bərpa edəcək./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər