Roma Papası «İphone 6S»-in satışına mane oldu
22.09.2015 548 0.0 0

Roma Papası Fransiskin ABŞ-a səfəri ilə əlaqədar geniş təhlükəsizlik tədbirləri həyata keçirilir.

Məlumata görə, hətta səfər, bir neçə gün əvvəl təqdimatı keçirilən “İphone 6S”in də satışı təxirə salıb. Bu barədə “New York Post” məlumat yayıb.

Papa Nyu-York, Vaşinqton, Filadelfiya və Manhetten şəhərində bir-iki gün ərzində “İphone 6S” həvəskarlarının arzularını ürəklərində qoyacaq. 

Səfərlə əlaqədar şəhərlərdə bir sıra yollar bağlanacaq və yüksək təhlükəsizlik tədbirləri görüləcək.

Katolik lider Birləşmiş Millətlər Təşkilatının (BMT) iclasında iştirak etməklə bərabər Müqəddəs Patrik kilsəsinə və 11 sentyabr terror aktının qurbanlarının şərəfinə ucaldılan Memorial abidəyə baş çəkəcək.

Fransisk hazırda Kubada səfərdədir. Katolik lider ötən gün Kuba inqilabının lideri Fidel Kastro ilə görüşüb. 4 gün orada qalacaq Papa daha sonra ABŞ-a səfər edəcək. 

Fidel Kastro və Roma Papası Fransisk arasında görüş


Papanın satışına maneə törətdiyi “İphone 6S” smartfonları isə sentyabrın 10-da bütün dünyaya təqdim edilib. "Apple" şirkəti həmçinin istehsal etdiyi iPhone 3D Touch-ı da təqdim edib. Yeni iPhone modellərində 3-cü nəsil A9 prosessor olacaq. A9 ağıllı cihaz qrafik vahidi yüzdə 90 nisbətində artıracaq.

Yeni 6S bu günə qədər istehsal olunan ən nazik İphonedir.

İlk “İphone 6S”lər sentyabrın 25 -dən etibarən dünyanın 12 ölkədə satışa çıxarılması planlaşdırılır. “iPhone 6s”ın əsas rəqibləri isə avqust ayında Cənubi Koreya “Samsung” şirkətinin təqdim etdiyi Galaxy Note 5 və Galaxy S6 edge Plusdur. 2014-cü ilin sentyabrında satışa çıxarılan “iPhone 6” və “iPhone 6 Plus” modelləri doqquz ay ərzində şirkətə 183 milyon dollar gəlir gətirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar