Roma papası İordaniya kralı ilə Qüdsdən danışdı...
19.12.2017 1224 0
Vatikanda Roma Papası I Fransisklə İordaniya Kralı II Abdulla arasında görüş keçirilib.
Məlumata görə, görüş zamanı ABŞ-ın Qüdslə bağlı qərarından sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi əsas müzakirə mövzusu olub.
Qeyd edək ki, II Abdulla 1979-cu il İsrail-İordaniya sazişlərinə əsasən Qüdsdəki müsəlman müqəddəs yerlərin qoruyucusu hesab olunur.
İordaniya kralı Vatikandan sonra Parisə səfəri zamanı prezident Emmanuel Makronla görüşəcək.
Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin
paytaxtı kimi tanıdığını elan edib./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər