Roma papası Azərbaycana səfər etmək niyyətindədir
10.02.2016 478 0.0 0

Roma papası Fransisk Azərbaycan, Gürcüstan və Ermənistana səfər etmək niyyətindədir.Məlumata görə, bu barədə “TASS”a Papa administrasiyasındakı məlumatlı mənbə məlumat verib.   
 
İlkin məlumata görə, səfər 2016-cı ilin sentyabrına planlaşdırılıb.
 
Politoloqlar  Papanın Ermənistana səfərinin Vatikan-Ankara münasibətlərinə təkrar ziyan vura biləcəyini qeyd edirlər. Qeyd edək ki, ötən il geri çağırılan Türkiyənin Vatikandakı səfiri bu yaxınlarda vəzifəsinin icrasına davam etməyə başlayıb.
 
Xatırladaq ki, ötən il qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar Roma papası Fransisk Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə Romanın müqəddəs Pyotr kilsəsində dini ayin  keçirib. Buna cavab olaraq  Ankara Vatikandakı səfirini geri çağırmışdır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar