Amerikalı milyarder Devid Rokfellerin ürəyinin dəyişdirilməsi üzrə altıncı dəfə aparılan əməliyyat müvəffəqiyyətlə keçib.
Məlumata görə, onun ürəyinin transplantasiyası 6 saat davam edib və prosedur Nyu-Yorkda biznesmenin malikanəsində aparılıb.
D.Rokfeller birinci dəfə 1976-cı ildə avtomobil qəzasına düşdükdən sonra əməliyyat olunub. Həkimlər 99 yaşlı biznesmenə əməliyyatdan 36 saat sonra jurnalistlərin bir neçə sualına cavab verməyə icazə verib.
Milyarder deyib: "Hər dəfə mənə yeni ürək qoyulur, sanki həyatın nəfəsi mənim bədənimin arasından sürətlə keçir. Mən enerjinin və həyatın yükünü hiss edirəm."
O, uzunömurlülüyün sirri haqqında suala belə cavab verib: "İnsanlar mənə bu sualı tez-tez verirlər. Mən isə həmişə eyni cavabı verirəm - həyata sevgi, həyatda sadə yaşamaq, uşaqlarla oynamaq, maraqlı məqamlardan həzz almaq, yaxşı insanlarala, sadiq dostlarla vaxtı keçirmək. Hansılar ki, bunlar sizdə də var. Mən öz həyatımda çox pul qazandım, amma bunun böyük hissəsini xərclədim, payladım. Əgər sən onu bölüşə bilmirsənsə, qazanmağın mənası yoxdur."
D.Rokfeller zarafatla 200 ilə qədər yaşamaq niyyətində olduğunu söyləyib./anspress/