Yaponiyanın “Shiseido” korporasiyası 2020-ci ilə kimi kosmetika istehsalı üzrə robotlaşdırılmış fabrik işə salmaq niyyətindədir. Zavodu Osaka şəhərində inşa etmək nəzərdə tutulub.
Qazeta.info AZƏRTAC-a istinadla xəbər verir ki, şirkət ixtisaslaşdırılmış texnikadan istifadə hesabına xərcləri azaltmağa və istehsalı 50 faiz artırmağa ümid bəsləyir.
Yaponiya Tədqiqatlar İnstitutunun iqtisadçısı Xisaşi Yamada deyib: “Yaponiyada artıq işçi qüvvəsi yoxdur. Yaponiya ortamüddətli və uzunmüddətli perspektivlərdə maşınlardan və insan resurslarından istifadə etməklə birgə istehsalı artıracaq”.
Dünyanın ən qocaman kosmetika şirkətlərindən biri olan “Shiseido” 1872-ci ildə Arinobu Fukuxara tərəfindən yaradılıb. Hazırda dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən korporasiyada təqribən 29 min nəfər çalışır.