Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, yarışların XIII günündə Azərbaycan yığmasının 5 idmançısı mübarizə aparacaq.
Boksçumuz Kamran Şahsuvarlı (75 kq) yarımfinal mərhələsində döyüşəcəyi halda kanoeçi Aleksandr Demyanenko və kayakçı İnna Osipenko-Radomskaya finalda mübarizə aparacaqlar.
Xanım güləşçimiz Natalya Sinişin (53 kq) və triatlonçu Rostislav Pevtsov isə Olimpiadada debüt edəcəklər.
Bugünkü medal şanslarımıza gəlincə isə, yarımfinala yüksəlməklə bürünc medalı təmin etmiş Kamran Şahsuvarlı bu dəfə də qalib gəlsə, ən az gümüş medalı təmin edəcək.
Digər 4 təmsilçimiz üçün isə gün həlledici olacaq. Belə ki, finalda yarışacaq milliləşən avarçəkənlərimizlə yanaşı Sinişin və Pevtsovun da günü medalla başa vurmaq şansı var.
Olimpiya Oyunları
XIII gün
Kanoe Sprint
200 metr
Final
16:23. Aleksandr Demyanenko
Kayak
500 metr
Final
17:11. İnna Osipenko-Radomskaya
Güləş
1/8 final
17:00. Natalya Sinişin (53 kq) – Saori Yoşida (Yaponiya)
Triatlon
Final
18:00. Rostislav Pevtsov
Boks
Yarımfinal
22:00. Kamran Şahsuvarlı (75 kq) – Arlen Lopez (Kuba)