Rio-2016: Elmar Qasımov finalda-FOTO-Yeniləndi
12.08.2016 771 0.0 0

 Azərbaycan cüdoçusu Elmar Qasımov Azərbaycan yığmasının Rio-2016 Yay Olimpiya Oyunlarında ikinci medalını qazanıb. APA-nın xəbərinə görə, idmançımız finalda çexiyalı Lukas Krpalekə məğlub olaraq, turnirin gümüş medalına layiq görülüb. 

 

*****

Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo üzrə yarışlar davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvü Elmar Qasımov  final mərhələsinə yüksəlib.

 

Təmsilçimizin final yolundakı rəqibi ukraynalı Artyom Bloşenko olub. Elmar bu rəqibini də ipponla mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Bununla da o, Azərbaycan yığmasının Olimpiadada ikinci medalını qazanmasını təmin edib.

 

İdmançımız finalda çexiyalı Lukas Krpaleklə mübarizə aparacaq.

 

100 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Olimpiadaya 1/16 final mərhələsindən başlayıb. Təmsilçimizin ilk rəqibi Taqir Xaybullayev olub. Elmar Olimpiya çempionuna heç bir şans verməyib. O, rəqibinə vazari və yuka xalları ilə qalib gəlib. Rusiya şidoda da "üstün" olub.

 

Həmyerlimiz 1/8 finalda əlcəzairli Lyes Bouyakubla üz-üzə gəlib. Görüşdə hər iki idmançı bir vazari xalı qazansa da, Elmarın şidosunun rəqibindən az olması (1:2) ona qələbə gətirib.

 

Təmsilçimiz 1/4 finala yüksəlib. Ona yarımfinala çıxmaq üçün misirli idmançı Dərviş Ramazandan üstün olmağa cəmi 54 saniyə bəs edib. İpponla qələbə qazanan Elmar finalın biraddımlığına adlayıb. 

 

Qeyd edək ki, Azərbaycan Rioda 6 cüdoçu ilə təmsil olunur. Rüstəm Orucov (73 kq) ölkəmizə gümüş medal qazandırdığı halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) yarışı medalsız başa vurub.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar