Rio-2016: Azərbaycan idmançılarının bu günkü yarış qrafiki
19.08.2016 1367 0.0 0

Rio Olimpiadası davam edir. Apasport.az saytının məlumatına görə, mötəbər turnirin XIV günündə Azərbaycanın daha 6 idmançısı mübarizə aparacaq.
 
Boksçumuz Lorenzo Sotomayor (64 kq) yarımfinal döyüşünə çıxacağı halda, digər 5 atletimiz Olimpiya Oyunlarında debüt edəcəklər.
 
Kişi taekvondoçuların mübarizəsində 80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beiqi Harçeqani və xanım taekvondoçumuz Fəridə Əzizova (67 kq) günü medalla başa vura bilər.
 
Həmçinin sərbəst güləşçilərimiz Hacı Əliyev (57 kq) və Cəbrayıl Həsənovun (74 kq) da yarışa başladıqları gün mükafat sevinci yaşamaq ehtimalları var.
 
Bədii gimnastımız Marina Durunda isə dörd növdə təsnifat yarışlarında çıxış edəcək.
 
Olimpiya Oyunları
XIV gün
 
Taekvondo
1/8 final
17:15. Milad Beiqi Harçeqani (80 kq) – İsmael Kulibali (Mali)
 
18:30. Fəridə Əzizova (67 kq) – Peyc Makferson (ABŞ)
 
Sərbəst güləş
1/8 final
17:25. Hacı Əliyev (57 kq) – Cunsik Yun (Cənubi Koreya)
 
17:50. Cəbrayıl Həsənov (74 kq) – Karlos Arturo İzquerdo (Kolumbiya)
 
Boks
Yarımfinal
21:45. Lorenzo Sotomayor (64kq) – Artyom Harutunyan (Almaniya)
 
Bədii gimnastika
Təsnifat mərhələsi
17:20. Marina Durunda


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar