Ərik qurusunun faydaları. MÜALİCƏVİ RESEPTLƏR
08.01.2016 1062 0.0 0

Ərik qurusu çox faydalı müalicəvi məhsuldur.

Qış aylarında insan orqanizmi vitamin və mineralların çatışmazlığından əziyyət çəkir. Bu halda vitamin və xüsusilə minerallarla zəngin olan ərik qurusu bizə çox yaxşı kömək edə bilər. Onun tərkibində orqanizm üçün ən vacib A, C, B qrupu vitaminləri, bir çox faydalı minerallar (kalium, kalsium, maqnezium, fosfor, dəmir, mis, kobalt və s.), pektinlər, orqanik turşular, qidalı liflər, fruktoza, qlükoza var.

Ərik qurusu ürək üçün xüsusilə faydalıdır. Onun tərkibində ürəyin normal fəaliyyətini təmin edən 2 əsas mineral - kalium və maqnezium - var. Kardioloqlar pasiyentlərinə hər gün 4-5 ərik qurusu yeməyi tövsiyə edirlər.

Ərik qurusu qanın tərkibinə də çox müsbət təsir edir. Bu səbəbdən anemiyadan (qanazlığı) əziyyət çəkən insanlar hər gün ərik qurusu yeməlidir.

Ərik qurusu bağırsaqların normal fəaliyyəti üçün çox faydalıdır. Qəbizlikdən əziyyət çəkirsinizsə, özünüzə belə müalicəvi dəmləmə hazırlayın. Axşamdan 4-5 ərik qurusunu termosda 1 stəkan qaynar suda dəmləyin. Səhər acqarına bu suyu ilıq halda için və meyvələri yeyin. 1 saatdan sonra səhər yeməyinizi yeyə bilərsiniz.

Bu müalicəvi resepti sağlam, qəbizlikdən əziyyət çəkməyən insanlar da istifadə edə bilərlər. Bu sadə üsulla siz orqanizminizi toksinlərdən, şlaklardan, ağır metalların duzlarından təmizləyə bilərsiniz, orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı sala bilərsiniz.  Belə müalicəni 1 ay ərzində davam etmək olar.

Sidikqovucu preparatları qəbul edən insanlar mütləq ərik qurusu yeməlidir. Əksər sidikqovucu preparatlar orqanizmdən kaliumu yuyub aparır. Bu isə ilk növbədə ürəyin sağlamlığına mənfi təsir edir.

Ərik qurusu hamilə qadınlar üçün çox faydalıdır.

Soyuqdəymə zamanı ərik qurusu dəmləməsi çox yaxşı müalicəvi və ümumimöhkəmləndirici təsir edir.

Ərik qurusu seçərkən daha tutqun, narıncı-boz rəngdə olan meyvələrə üstünlük verin. Çox parlaq narıncı rəngdə olan ərik qurusunu almayın, bu meyvələrin kimyəvi vasitələrlə işlənməsindən xəbər verir./saglamolun.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar