Rihannaya oxumaq qadağan olundu
16.02.2016 694 0.0 0


Dünya şöhrətli müğənni Rihannaya həkimlər oxumağa qadağa qoyub. Məlumata görə, "Qremmi" musiqi mükafatlarının təqdimedilmə mərasimində Rihanna səhnəyə çıxa bilməyib. Səbəb isə ifaçının bronxit olmasıdır.  

Rihannanın adının gecədə çıxış edənlərin siyahısında olmasına baxmayaraq ifaçı son anda oxumaqdan imtina edib. Həkimlər Rihannaya səhnəyə çıxmağa icazə verməyiblər. Onlar ifaçının bronxit olduğunu əsas gətirərək ona oxumağı qadağan ediblər. Barbadoslu ulduz 48 saat səsini yormamalı və istirahət etməlidir. Bundan kədərlənən Rihanna sosial şəbəkədə pərəstişkarlarından üzr istəyib.

 

R&B ifaçısı Rihanna Los-Ancelesdə mükafatların təqdimetmə mərasimi 58-ci ilin əsas musiqi gecəsi "Qremmi-2016"da yeni albomu “Anti”dən “Kiss It Better” mahnısını oxumalı idi. 

 

 


Rihanna - "Kiss it Better"


Saatlar öncə baş tutan mükafatların təqdimetmə mərasiminin aparıcısı amerikalı reper LL Cool J olub. Mərasimin açılışını ötən ilin bütün rekordlarını qıran ulduz müğənni Teylor Svift və Adel edib. Daha sonra Ledi Qaqa, Con Ledjend və digər ulduzlar ilin konsertində çıxış ediblər./anspress/

 

 

Teylor Sviftin "Qremmi -2016" gecəsindəki çıxışı

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar