May ayının 1-dən avtomobillərin yan şüşələrində sənaye üsulu ilə quraşdırılan pərdə və plyonkalara verilən icazə noyabrın 15-də başa çatır. Yol polisi noyabrın 16-dan artıq bu qaydaya əməl etməyənlərə qarşı reydlərə başlayacaq.Qanunu pozanları 150 manat cərimə cəzası gözləyir.
Avtomobillərin yan şüşələrindəki pərdə və plyonkalara görə reydlərin başlamasına cəmi 5 gün qaldı. Qanunla may ayının 1-dən sənaye üsulu ilə yan şüşələrə vurulan pərdə və plyonkalara verilən icazə müddəti noyabr ayının 15-də başa çatır.
Pərdə və plyonkalarla bağlı qadağa bəzi sürücülər tərəfindən düzgün başa düşülmədiyindən polislərlə avtomobil sahibləri arasında mübahisələrə səbəb olur. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, mayın 1-dən noyabr 15-dək yalnız sənaye üsulu ilə avtomobillərə quraşdırılan pərdə və plyonkalara icazə verilir. Kustar üsulla quraşdırılan pərdələrə isə ümumiyyətlə heç vaxt icazə verilmir. Buna görə qadağa yan şüşələrdəki görmə məhdudiyyəti yaradan istənilən vasitəyə qarşı tətbiq olunacaq.
Qadağalara cəmi bir neçə gün qalsa da sürücülərin əksəriyyəti bundan xəbərsizdir.
Avtomobilin pərdə və plyonka, eləcə jalüzlərə icazə verilən yeganə hissə arxa şüşədir./xezerxeber.com/