Restoranların birində ölüm hadisəsi qeydə alınıb
07.01.2016 487 0
Hacıqabulda restoranların birində ölüm hadisəsi qeydə alınıb.
Qazeta.info "Report" -a istindala xəbər verir ki, hadisə bu gün Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində fəaliyyət göstərən "Nur" restoranında baş verib.
Belə ki, restoranda olan Bakı şəhəri, Sahil qəsəbəsinin sakini, 34 yaşlı Rüfət Əliyar oğlu Əsədullayev qəfildən dünyasını dəyişib və onun yoldaşı əslən Cəlilabad rayonunun Uzuntəpə kəndindən olan, hazırda Sahil qəsəbəsində yaşayan, 40 yaşlı Xanmurad Rəşid oğlu Nüsrətovun vəziyyəti isə kəskin ağırlaşıb. Təcili tibbi yardım maşını ilə ölən şəxsin meyiti Şirvandakı morqa, vəziyyəti ağır olan xəstə isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər