Resept: Yeni il süfrəsinə Şah plov- Video
31.12.2017 1568 0.0 0

Şah-plov kimi milli təamı adətən hörmətli qonağa bişirirlər, ya da bütün ailənin bir masa arxasına toplaşdığı məclislərdə və bayramlarda. Sputnik Yeni ilin gəlişinə saatlar qalmış Azərbaycanın şah plovunun resepti ilə tanış olmağı təklif edir.

Plov, yaxud "Məclis süfrələrini tacı" olan bu yeməyi bəzən milli mətbəxin qüruru adlandırırlar.

"Etno-Xanədan" milli mətbəx restoranının aşbazı Həlimə Babayeva deyir ki, bu yeməyin çoxlu növləri mövcuddur və ölkəmizin hər regionunun özünə aid plovu var. Amma şah-plovun əsas atributu onun büküldüyü xırt-xırtlı, qızılı rəngli lavaşdır. 

Hər bir azərbaycanlının süfrəsini bəzəyən şah-plovun hazırlanmasına və görünüşünə Sputnik-in videosunda baxın.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar