Ərdoğanın yeni Bakı səfərinin vaxtı bilindi
11.03.2016 840 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə Bakıya gələcək və BMT-nin sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edəcək.

Məlumata görə, bu barədə Türkiyənin Bakıdakı səfiri İsmayıl Alper Coşqun virtualaz.org saytına açıqlamasında bildirib.

Xatırladaq ki, Ərdoğan fevralın 18-də Türkiyə-Azərbaycan Yüksək Strateji Şurasının toplantısında iştirak etmək üçün Bakıya səfər etməliydi. Lakin Ankarada törədilən terror səfərin təxirə salınmasına səbəb oldu.

Səfir Ərdoğanın Bakıya əvvəl planlaşdırılan səfərinin onun Qlobal Forumda iştirakı ilə eyni vaxtda baş verəcəyini hələ dəqiq bilmədiyini deyib: “Bu məsələ Ankarada müzakirə olunur”.
Fevralın 17-də Türkiyənin paytaxtı Ankarada terror aktı törədilib. Partlayışın hədəfi silahlı qüvvələrin Baş qərargahının yüksək rütbəli zabitlərini hərbi şəhərciyə daşıyan iki servis avtobusu olub.

Terror aktı nəticəsində 28 nəfər ölüb, 70-ə yaxın adam yaralanıb. Partlayış nəticəsində ətrafdakı maşınlara da ciddi ziyan dəyib. Terror aktı Ankaranın mərkəzində, Böyük Millət Məclisinin binasının təxminən 1 kilometrliyində baş verib.

Hərbçiləri daşıyan avtobuslar Dövlət Məhəlləsində hərbçilər üçün nəzərdə tutulmuş qapalı şəhərciyə gedirmiş. Avtobusdakılar Baş qərargahın işdən sonra evlərinə gedən zabitləri olub./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar