Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın ötən ilin noyabr ayında rus hərbi təyyarəsinin vurulması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktuba aydınlıq gətirib.
“Hürriyət”-ə istinadən verilən məlumata görə, İ. Kalın məktubda Ərdoğanın dünyasını dəyişən rus pilotun ailəsinin kədərini bir daha bölüşdüyünü, başsağlığı çatdırdığını, qüsura baxılmamasını istədiyini bildirib.
İ. Kalın, Türkiyə prezidentinin Rusiyalı həmkarına iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin yenidən bərqərar edilməsi, regional böhranların həlli üçün əməkdaşlıq və terrorla ortaq mübarizə aparılması üçün çağırış etdiyini bildirib.
Prezidentin sözçüsü Ərdoğanın məktubunda iki ölkə arasında münasibətlərin inkişafı üçün lazım olan addımların atılacağını da qeyd etdiyini ifadə edib. /apa/