Ərdoğanın Özbəkistana səfərində MƏQSƏD
16.11.2016 740 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq. Qazeta.info bildirir ki, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.

Administrasiyadan verilən məlumata görə, səfər zamanı əsas müzakirə mövzusu Ankara və Daşkənd arasında siyasi və iqtisadi əlaqələrin inkişafı barədə məsələlər olacaq:

“Özbəkistan Mərkəzi Asiyanın strateji vacib dövlətlərindən biridir və Ankara Daşkəndlə münasibətlərin inkişafına böyük önəm verir”.

Prezident R.T.Ərdoğan 17-18 noyabr tariixlərində Özbəkistana səfər edəcək. Bu, onun Türkiyə prezidenti qismində Özbəkistana ilk səfəridir. Səfər çərçivəsində Ərdoğan Özbəkistan prezidentinin vəzifələrini müvəqqəti icra edən Şövkət Mirzəyevlə görüşəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar