Ərdoğanın övladları pul içində üzür
07.05.2016 863 0.0 0

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gəliri cəmi 50 min avro olduğu halda onun uşaqları cəh-cəlal içində yaşayır. Ərdoğanın ailəsinin bu varidata hardan malik olduğu barədə rəsmi məlumat mövcud deyil”.Məlumata görə, bu barədə Almaniyanın “Bild” qəzeti yazıb.

“Bild” qeyd edib ki, Ərdoğanın uşaqları təmtəraqlı villalarda yaşayır və şəxsi biznesə malikdirlər. “Bunlar heç də şəffaflıqla fərqlənmir. Türkiyə prezidentinin kiçik oğlu Bilal Ərdoğan bir neçə dəfə çirkli pulların yuyulmasında şübhəli bilinib, onun adı həmçinin bacısı Esra Albayrakla birlikdə 2013-cü ildə korrupsiya qalmaqalında yer alıb”, - deyə nəşr qeyd edib.

Bundan başqa ötən il Bilal Ərdoğanın İŞİD terror qruplaşması ilə  500 milyon dollardan çox gizli neft sazişləri imzalayan türk biznesmenlərinə himayədarlıq etdiyi barədə informasiya yayılıb.

 

“İndi Ərdoğan yalnız maliyyə deyil, həm də siyasi səhnədə öz "ailə"sinin təsirini genişləndirmək istəyir. Baş nazir Davudoğlu vəzifəsindən getdikdən sonra prezident  onun yerinə Ərdoğanın siyasətinə loyallığını bir neçə dəfə sübut etmiş öz kürəkənini irəli çəkir”, - deyə  məqalənin müəllifi yazıb.

2013-cü ildə Türkiyə prokurorluğu Bilal Ərdoğanı çirkli pulların yuyulmasında ittiham edib. Bilal Ərdoğan 2015-ci ilin payızında Con Hopkins Universitetinin doktorluq dərəcəsinin müdafiəsi üçün İtaliyaya gedib.

 

Bilal Ərdoğan-Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu

 


Daha əvvəl Rusiya Müdafiə Nazirliyi Türkiyə hökumətini, prezident və onun ailəsinin İŞİD terror qruplaşması ilə ticari əlaqələr yaratmaqda xüsusən də neft  almaqda günahlandırıb.  Bildirilib ki, İŞİD neft satışından 2 milyard dollar gəlir əldə edir və onun əsas alıcısı isə Türkiyədir. O zaman Türkiyə prezidentinin oğlu iddiaları əsassız adlandıraraq onun Suriya və İraqdan qeyri qanuni neft alqı-satqısı ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iddiaları rədd edərək bildirib ki, Rusiyanın bu iddiaları sübuta yetirəcəyi halda istefa etməyə hazırdır.

İki ölkə arasında münasibətlər ötən il noyabrın 24-də türk qırıcısının Rusiyanın SU-24 hərbi təyyarəsini vurmasından sonra kəskinləşib. Türkiyə rəsmiləri açıqlamalarında rus təyyarəsinin ölkənin hava sərhədini pozduğunu və bu haqda pilota dəfələrlə xəbərdarlıq edildiyini bildiriblər. Rusiya da xəbərdarlıq edildiyini etiraf etsə də ölkə prezidenti Vladimir PutinTürkiyənin bu addımını "arxadan vurulan zərbə" adlandırıb və Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında sərəncam imzalayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar