Ərdoğanı devirmək üçün AVQUST HƏRƏKATI: ikinci qiyam hazırlığı
02.08.2016 1002 0.0 0

İyulun 15-də dövlət çevrilişi planı baş tutmayan FETÖ yeni çevrilişə hazırlaşır.


Türkiyə mediasına istinadən xəbər verilir ki, FETÖ-nün yeni çevriliş tarixinin 14 avqust olduğu ehtimal olunur.

Məlumata görə, 15 iyul dövlət çevrilişinə öncədən işarələr verən FETÖ üzvləri indi də 14 avqust tarixini xüsusi vurğulayırlar. Belə ki, FETÖ lideri Fətullah Gülənin son söhbətində “səbir edin” deməsi də burada diqqət çəkir.

Türkiyə mediası yazır ki, Gülən “səbir edin” deməklə yeni təlimat verir.

“Nə qədər ağır olsa da, dişini sıx, səbir et. Yumurtaların yuvada 20 gün çevrildiyi kimi səbir et”, - deyə Gülən bildirib.

Onun işarə verdiyi tarixin 14 avqustda düşdüyü ehtimal olunur. Hansı ki, 14 avqust AKP-nin yaradıldığı gündür.

FETÖ-ya məlumat ötürdüyünə görə həbs olunan Nazirlər Kabinetinin keçmiş məmuru Akif Mustafa Koçyiğitin adına açılan “Twitter” hesabda yazılanlar da diqqət çəkir: “14 avqust AKP-nin yaradıldığı gündür. Bu tarixdə məğlub olacaqlar”.

Qeyd edək ki, FETÖ üzvləri iyulun 15-ni də əvvəlcədən işarə vermişdilər. Misal üçün, “Zaman” qəzetinin iyulun 15-dən 9 ay 10 gün öncə hazırladığı reklamda əvvəlcə güclü siqnal səsləri eşidilir, daha sonra uşaq gülüşü görünür. Həmçinin, 15 iyuldan öncə “Zaman qardaşlıq zamanıdır” kampaniyasında da hərbiçi uniformalı şəxslə sıravi vətəndaşın yer almasının da xüsusi mesaj olduğu hesab olunur. 2013-cü il 17-25 dekabr hadisələrindən sonra Amerikaya qaçan FETÖ üzvü Tuncay Opçinin 15 iyuldan bir neçə gün öncə “yataqda alıb, şəfəqdə asacaqlar” sözlərini paylaşması da dövlət çevrilişinə işarə idi./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar