Ərdoğandan Putinə məsləhət
27.04.2015 651 0.0 0

Rusiya prezidenti Vladimir Putinin "erməni soyqırımı" barədə bəyanatına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərt reaksiya verib.

Məlumata görə, Ərdoğan Küveytə səfəri ərəfəsində Putinə Rusiya tarixinə baxmağı tövsiyyə edib: 

"Rusiya Prezidenti Vladimir Putinin 1915-ci il hadisələri barədə bəyanatı Ankaranı məyus etdi. Belə bəyanat verməzdən əvvəl Rusiya öz tarixini araşdırmalıdır".

R.T.Ərdoğan əlavə edib ki, Türkiyə tarixindən utanmır, çünki ölkə tarixində heç bir "erməni soyqırımı" olmayıb.

Xatırladaq ki, V.Putin 1915-ci il hadisələrini "erməni soyqırımı" adlandırmışdı./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar