"Biz 2015-ci ili, şanlı mübarizəmizin, zəfərlərimizin 100-ci il dönümü olaraq qeyd edərkən, bəziləri də bu ili, Türkiyə əleyhinə, Türkiyə qarşı düşmənçiliyinin bayrağı halına çevirmək istəyir".
Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "100-ci ilində Dünya Müharibəsinin Sənədləri" adlı tədbirdə deyib.
Türkiyə prezidenti qeyd edib ki, erməni diasporu dünyanın hər yerində soyqırım iddialarına əsaslanan kampaniyalar təşkil etməklə Türkiyəyə qarşı düşmənçiliyi cəmiyyətə aşılamağa çalışır:
"Bu kampaniyaların məqsədi tarixin bir dövründə ermənilərin yaşadığı ağrıları təzə saxlamaqdan daha çox birbaşa ölkəmizə və millətimizə düşmənçilik etməkdir. Tarixin hər dövründə olduğu kimi bu böyük müharibə illərində da yaşanmış ağrılar, faciələr ola bilər. Bu hadisələr yalnız ermənilərə təsir etməyib. Balkanlarda, Qafqazda tarixin ən böyük müsəlman qırğınları bu dövrdə yaşanıb. Anadoluda ermənilərin gördüyü zərər qədər ermənilərdən ziyan görən yüz minlərlə insan var. Bu məsələ beynəlxalq siyasətə alət ediləcək bir məsələ deyil".
Türkiyə prezidenti Ermənistan rəhbərliyinə səslənərək arxivlərə baxmağı məsləhət görüb: "Buyurun bizim arxivlərimiz, sənədlərimiz burdadır. Bizim hazlrda yüz minlərlə, milyonu ötmüş sənədimiz. Sənin nə qədər sənədin var? Çıxar sənədlərini, tarixçilərə, arxeoloqlara, hüquqçulara tapşırıq verək. Gəlsinlər, bu sənədlər üzərində çalışsınlar. Hər şey ortadadır. Həqiqəti burada axtaraq. Sizin bu kampaniyaları necə davam etdirdiyinizi biz çox yaxşı bilirik. Biz bu günə qədər bu çağrışlarımıza bir qarşılıq tapa bilmədik".
R.T.Ərdoğan bildirib ki, məqsəd həqiqəti tapmaq deyil, yaradılan qavrayış üzərindən Türkiyəyə hücum etmək, zərər verməkdir: "Heç kim inciməsin. Bizim bu mövzuda kimsəyə verəcəyimiz bir hesabımız yoxdur. Biz yalnız öz millətimizin son 100-150 illik yaşadığı ağrıların arxasına düşsək, erməni iddialarından qatbaqat daha çox söyləyəcək sözümüz, soruşacaq hesabımız çıxar", - deyə prezident qeyd edib./anspress/