Ərdoğan Yunanıstanın baş naziri ilə görüşüb
13.05.2017 718 0
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Aleksis Tsiprasla görüşüb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüş Çinin paytaxtı Pekində "Bir kəmər - bir yol" adlı beynəlxalq forum çərçivəsində baş tutub.
Təxminən bir saat davam edən görüş media üçün qapalı olub. Bəzi məlumatlara görə, R.T.Ərdoğan və A.Tsipras iki ölkə arasında əlaqələrin mövcud durumunu və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər