Ərdoğan yeni hökuməti təsdiqlədi-Yeni nazirlərin siyahısı
24.05.2016 653 0.0 0


          

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökuməti təsdiqləyib. Məlumata görə, hələ nazirlərin hamısının adı adları açıqlanmayıb.

Yeni hökumətin tərkibini prezidentə baş nazir Binali Yıldırım təqdim edib.

Bu Türkiyənin 65-ci hökuməti olacaq. 

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu istefa verdikdən sonra yeni hökumətin qurulması ilə bağlı işlərə başlanılıb.

 Türkiyə mətbuatının yaydığı yeni hökumətdə yer alan bəzi nazirlərin adlarını təqdim edirik: 

Baş nazirin köməkçiləri: Nurettin Canikli, Numan Kurtulmuş, Tuğrul Türkeş, Veysi Kaynak, 

Daxili işlər naziri - Efkan Ala

Ədliyyə naziri  - Bekir Bozdağ

Ailə və sosial siyasət naziri - Fatma Betül Kaya

Elm, sənaye və texnologiya naziri  - Faruk Özlü

Əmək və sosial təhlükəszilik naziri  - Süleyman Soylu

Gənclik və idman naziri - Akif Çağatay Kılıç

Əhməd Davudoğlu mayın 5-də istefa verdiyini elan etmişdi.  O, 22 mayda keçiriləcək qurultayda namizəd olmayacağını bildirib. Baş nazirin belə bir qərar verməsinə səbəb isə onun dövlət başçısı ilə arasında yaranmış anlaşılmazlıq olduğu deyilir.

20 aylıq baş nazir vəzifəsini icra edən Əhməd Davudoğlu ilə Rəcəb Tayyib Ərdoğan arasında bir neçə dəfə fikir ayrılıqları olsa da onlar bunu çox vaxt büruzə verməməyə çalışıblar. Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb. Ərdoğan Türkiyə prezidenti seçiləndən sonra 2014-cü ildə Davudoğlunu baş nazir vəzifəsinə təyin edib.

Mayın 20-də keçirilən toplantıda  Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi Qərar və İdarəetmə Şurası baş nazir vəzifəsinə Binali Yıldırımın seçildiyi açıqlanıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar