Ərdoğan və Tillerson Suriyanı müzakirə ediblər
16.02.2018 858 0
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın Dövlət katibi Reks Tillerson Ankarada görüş keçiriblər.
Trend-in məlumatına görə, tərəflər görüş zamanı Suriya və İraqdakı vəziyyəti, eləcə də terrorla mübarizəni müzakirə ediblər. Görüş 3 saat 15 dəqiqə davam edib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər