Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obamanın görüşü zamanı danışıqları azərbaycanlı qadın tərcümə edib. Məlumata görə, prezidentlərin görüşü ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən nüvə sammiti çərçivəsində baş tutub. Tərcüməçi Olcay Racid adlı xanımın azərbaycanlı olmasını “Facebook” istifadəçiləri bildirib.
“Obamanın tərcüməçisi Olcay xanım Azərbaycan əsillidir”-deyə sosial şəbəkədə ABŞ-da “International Visitor Leadership Program”nın iştirakçısı, jurnalist Vüsal Gözəlov yazıb.
Barak Obama və Rəcəb Tayyib Ərdoğan görüşü Olcay Racid ortada əyləşib
Bu gün Beynəlxalq Nüvə Sammitində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarında səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin prezidenti Barak Obama ilə görüşüb.
Ağ Evdə baş tutan görüş təxminən 50 dəqiqə davam edib. Görüş, ABŞ prezidentinin Ağ Evdə dövlət və hökumət başçılarının şərəfinə verdiyi nahar ziyafətindən sonra baş tutub.
Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, görüş vaxtı regional təhlükləsizlik, terrorla mübarizə və miqrantlarla əlaqədar Türkiyə-ABŞ arasındakı əməkdaşlıq məsələləri müzakirə olunub. /anspress/