Ərdoğan: Türkiyə İslam dünyasında sülhün bərqərar olmasına çalışır
24.06.2017 893 0.0 0

"Türkiyə İslam dünyasında sülhün bərqərar olmasına çalışır".


Məlumata görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı ilə əlaqədar təşkil olunan tədbirdə deyib. 
O bildirib ki, Türkiyə suriyalı qaçqınlara sığınacaq verir: "Türkiyədə 3 milyondan artıq suriyalı və iraqlı qaçqın var. Dünya dövlətləri 725 milyon dollarlıq dəstək verib. Türkiyə isə bu işə ümumilikdə 30 milyarda yaxın məbləğdə dollar sərf edib. Başqa ölkələrdən dəstək gəlsə də, gəlməsə də, biz bu işimizi davam etdirəcəyik".
Onun sözlərinə görə, Türkiyə xalqı dünyaya qardaşlığın nə olduğunu göstərib: "10 illərlə demokratiyadan danışan qərb dövlətləri Suriya məsələsinə biganə yanaşırlar. Bu ölkədə baş verənlərə seyrçi qalırlar. Bəzi müsəlman ölkələri də bu cür davranırlar. Nefti insandan üstün tutmaq olmaz. Ölkəmizə qarşı qarayaxma kampaniyası aparılır. Biz Suriyadakı oyunu pozuruq. Həmin qüvvələr Suriyada baş verənləri ölkəmizə daşımağa çalışdılar. Suriyadakı oyunları planlayanlar başına da belə hadisələr gələcək".
Türkiyə prezidenti qeyd edib ki, bundan sonra Suriyada sülhün bərqərar olması üçün işlər görüləcək.

Ərdoğan vurğulayıb ki, Türkiyə sərhədlərinə hər hansı təhdid olarsa, qarşısı alınacaq./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar