Ərdoğan: Türkiyə İranda sabitliyin tərəfdarıdır
03.01.2018 690 0.0 0

Türkiyə İranda sabitliyin tərəfdarıdır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı zamanı deyib.

R.T.Ərdoğan qeyd edib ki, İranda sabitlik Türkiyə üçün çox vacibdir.

Bu gün Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ da İranda hadisələrin gedişatını diqqətdə saxladıqlarını bildirmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar