Ərdoğan terrorçu ittihamı ilə mühakimə olunacaq
11.03.2015 743 0.0 0

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin xuntaçı rejimi tərəfindən terrorçu ittihamı ilə mühakimə olunacaq. 

Məlumata görə, misirli vəkil Tariq Mahmud Türkiyə və Ərdoğan barəsində bir neçə maddə ilə məhkəməyə müraciət edib. 

Misirin seçilən prezidenti Muhamməd Mursinin hərbi dövlət çevrilişi ilə devrilməsindən sonra qaldırılan məhkəmə iddiasında Türkiyənin və Ərdoğanın “Müsəlman qardaşları”na dəstək verdiyi, ölkədəki dövlət çevrilişini tənqid etdiyi, meydanlarda zorakılıq törədənləri silahla təmin etdiyi irəli sürülüb. 

İddia barədə ilk məhkəmə prosesinin bu il martın 24-də İskəndəriyyə şəhərindəki Təcili İşlər məhkəməsində olacağı bildirilir. 

Qeyd edək ki, Tariq Mahmud daha əvvəl “Müsəlman qardaşlar” və “Həmas” təşkilatının terrorçu qrup kimi qəbul olunması üçün məhkəmə iddiası qaldıran şəxsdir. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar