Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə zəng edib-etmədiyi barədə açıqlama verib.
Məlumata görə, nazir bildirib ki, Ərdoğan tərəfindən Putinə heç bir telefon zəngi daxil olmayıb.
Lakin Türkiyə preziednti Rəcəb Tayyib Ərdoğan sərhədində Su-24 bombardmançı təyyarəsi vurulduqdan sonra Rusiya prezidenti Vladimir Putinə zəng etdim deyə açıqlama verib.
Məlumatına görə, bu barədə Türkiyə preziednti Rəcəb Tayyib Ərdoğan “France24” telekanalına müsahibəsində bildirib.
"Putinlə telefon əlaqəsi yaratmağa çalışdım, lakin o cavab vermədi”, deyə Ərdoğan bildirib.
Türkiyə F-16 qırıcısı Rusiyanın Su-24 bombardmançı təyyarəsini vurandan sonra hər iki ölkənin lideri açıqlama verərək bir-birlərini ittiham etmişdilər.
Türkiyənin qonşuları ilə düşmən etmək niyyətində olmadığını deyən Ərdoğan bəyan edib ki, Rusiya təyyarəsi qaydalara riayət olunaraq vurulub.
Prezidentin sözlərinə görə, təyyarə vurulmamışdan əvvəl pilota 10 dəfə xəbərdarlıq edilib. Lakin Rusiya təyyarəsi Türkiyə hava məkanını pozub və nəticədə təyyarə vurulub.
Ərdoğan bildirib ki, Suriyada hadisələrin daha da pisləşməyə doğru getməməsinin səbəbi Türkiyənin soyuqqanlılıq nümayiş etdirməsidir.
Türkiyə prezidenti son günlər Suriyada türkmənlərin yaşadığı bölgənin Rusiya qırıcıları və Bəşər Əsəd qüvvələri tərəfindən hücuma məruz qalmasına da münasibət bildirib. Prezident deyib ki, türkmənlərin yaşadığı Bayırbucak bölgəsi İŞİD terrorçularının olduğu ərazi deyil.
""İŞİD-i vururuq" deyərək Bayırbucak türkmənlərini vururlar. Əsəd rejimi və onun dəstəklədiyi ölkələrin Bayırbucak türkmənlərinə qarşı hücumlarının məqsədlərini çox yaxşı bilirik. Məqsəd Əsəd rejimini ayaqda saxlaya bilməkdir. Bu gün bölgədə həqiqətən çox ağır şərtlər altında mübarizə aparan qardaşlarımıza kömək etmək üçün hər cür imkanı səfərbər edirik", deyə R.T.Ərdoğan bildirib.
Türkiyə-Suriya sərhədində vurulan bobardmançı təyyarə ilə bağlı Rusiya prezidenti Vladimir Putin də açıqlama verib. Putin bildirib ki, terrorçularla əlbir olanlar Rusiyanı arxadan vurub:
"Təyyarəmiz Türkiyənin “F-16” təyyarəsindən atılan “hava-hava” raketi ilə vurulub. 6 min metr hündürlükdə, Türkiyə sərhədindən 1 km aralıda olarkən ona qarşı hücum olub. Bütün hallarda bizim qırıcı təyyarəmiz Türkiyə üçün təhlükə törətməyib. Bu, aydın olan məsələdir. Pilotlarımız həmin ərazidə terrora qarşı mübarizə aparıblar. Biz çoxdan müəyyən etmişik ki, Türkiyə ərazisində İŞİD-in nəzarətində olan yataqlardan gətirilmiş neft daşınır. Bu ərazidən böyük maliyyə axını gedir. İndi də terrorçularla əlbir olanlar bizə arxadan zərbə endirdilər”.
Vladimir Putin - Rusiya prezidenti
V. Putin insidentin Rusiya-Türkiyə münasibətlərinə ciddi təsir edəcəyini vurğulayıb: “Rusiya Türkiyəyə təkcə qonşu kimi yox, həm də dost ölkə kimi yanaşırdı. Bilmirəm bu, kimə lazım idi? Bizə lazım deyildi. Hadisədən sonra bizimlə dərhal əlaqə yaratmaqdansa, Türkiyə tərəfi məsələnin müzakirəsi üçün NATO-dakı tərəfdaşlarına müraciət edib. Guya Türkiyə bizim yox, biz Türkiyənin təyyarəsini vurmuşuq".
Bu gün Rusiyanın “Su 24” bombardmançı təyyarəsi Türkiyə-Suriya sərhədi yaxınlığında vurulub. Bundan bir neçə saat sonra Suriyada Rusiya hərbi helikopterinin vurulduğu barədə xəbər yayıldı.
Vurulan Rusiya bombardmançı təyyarəsi./anspress/